Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur

08 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb.

Press.az xəbər verir ki, bu barədə ABŞ-ın bir sıra ölkələrin və təşkilatların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur. Qeyd edilir ki, virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 1 407 123 təşkil edir. Dünyada 80 759 insan pandemiyanın qurbanı olub.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. 

Oxşar xəbərlər
OTACI