Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dağlıq Qarabağda koronavirusa ilk yoluxma qeydə alındı

07 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Press.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Dağlıq Qarabağdan iki nümunə Ermənistana test üçün göndərilibmiş. Onlardan birinin nəticəsi müsbət çıxıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 360 000-i ötüb. Bunların 293 615 nəfəri sağalıb, 75 961 nəfəri isə ölüb.

Oxşar xəbərlər
OTACI