Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda polis maşını yük avtomobili ilə toqquşdu - xəsarət alanlar var

07 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gecə saatlarında Zabrat qəsəbəsində Səid Armziyad qardaşı Süleyman Armziyadla əlbəyaxa dava edib.

Sabunçu Rayon Polis İdarəsinin hadisə yerinə gələn əməkdaşları hər iki şəxsi sərxoşluq testindən keçirmək üçün Post-Patrul Xidmətinin “Fiat” markalı avtomobili ilə müvafiq məntəqəyə apararkən qəza baş verib.

1985-ci il təvəllüdlü Daşqın Abbasovun idarə etdiyi “Fiat” maşını “Veysəloğlu” MMC-yə məxsus “Mercedes” markalı yük avtomobilinə çırpılıb. “Fiat” və yük avtomobili zərbənin təsirindən aşıblar.

Nəticədə, “Fiat” maşınında olan D.Abbasov, polis əməkdaşı Bəhruz Qubadlı, S.Armziyad və qardaşı S.Armziyad ağır, “Mercedes” markalı yük avtomobilindəki iki nəfər - 24 yaşlı Elməddin Cəlilli və Aydın Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan altı nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

APA

Oxşar xəbərlər
OTACI