Buzovnada marketdən araq oğurlayan şəxs saxlanılıb
Press.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin yanvar-mart aylarında Buzovna qəsəbəsindəki marketdən 1600 manat dəyərində spirtli içki oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin götürülüb.
Faktla bağlı araşdırma aparılır.