logo
First slide

Xüsusi karantin qaydalarını pozan kafe və kişi salonu aşkar edildi

06 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarların bu qaydalara əməl etməkdən yayınması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massivdə fəaliyyət göstərən “Köhnə Faxralı” adlı kafe aşkar edilib. 

Həmin obyektə baxış zamanı xüsusi karantin qaydalarına zidd olaraq vətəndaşlara xidmət edildiyi məlum olub.

Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı Xətai rayonu Məzahir Rüstəmov küçəsində fəaliyyət göstərən kişi salonu aşkar edilib. Həmin salona baxış zamanı xüsusi karantin qaydalarının əleyhinə olaraq müştərilərə xidmət göstərildiyi müəyyən edilib.

Hər iki obyektin sahibi və karantin aydalarını pozan digər şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Oxşar xəbərlər