Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus pandemiyasının pik nöqtəsinin tarixi müəyyənləşdi

06 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

May ayının əvvəlində koronavirusa yoluxanların sayı maksimum həddə çatacaq.

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu agentliyə İstanbul Universitetinin tibb fakültəsinin professoru Zeki Kılıçaslan söyləyib.

“Tükiyədəki kimi dünyada da pandemiya öz zirvəsinə mayın əvvəlinə çatacaq, bundan sonra xəstələnmələrin sayı əyri xətt üzrə enməyə başlayacaq. Mayın ikinci yarısından başlayaraq məhdudiyyətlər qismən ortadan qaldırıla bilər, ancaq bir sıra məhdudiyyət tədbirləri uzun müddət yenə də davam etdiriləcək”, - professor açıqlayıb.

Alimin sözlərinə görə, pandemiya dünyada iqtisadi və sosial böhrana yol açacaq, bir çox ölkələr Beynəlxalq Valyuta Fondunun (IMF) yardımına ehtiyacı olacaq və fondun nəzarəti altında antiböhran proqramlarını reallaşdıracaqlar.

“Türkiyənin buraxdığı əsas səhv İranla sərhədin bağlanma və beynəlxalq aviareyslərin dayandırılması qərarının gecikməsidir. Bundan başqa, ilkin mərhələdə ölkədə kifayət qədər testlər keçirilmirdi”, - Z.Kılıçaslan əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 208 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI