logo
First slide

Azərbaycanda həkimləri koronavirusdan qorumaq üçün “üz sipəri”nin istehsalına başlanılıb

06 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əiyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Sonra dövləti başçısına və birinci xanıma STEAM-Azərbaycan layihəsi barədə məlumat verilib.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan bu layihənin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini genişləndirməkdir.

Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Hazırda gün ərzində 150 ədəd bu cür maska istehsal olunur. Yaxın günlərdə istehsal sürətinin gündəlik 450-600 ədədə çatdırılması planlaşdırılır.

Oxşar xəbərlər