Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə bələdiyyə iydə ağaclarının kəsilməsinə görə cəzalandırılıb

06 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bərdə rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb.

Nazirlikdən Press.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı Bərdə rayonu Göyüşlü bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində iydə ağaclarının kəsildiyi və təbiətə 4 810 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı Göyüşlü bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bərdə rayon Prokurorluğuna göndərilib.

Oxşar xəbərlər
OTACI