Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lənkəranda karantin rejimini pozan şəxs həbs edilib - FOTO

05 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Karantin rejimini pozan Lənkəran sakinin üzərindən narkotik vasitə də aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Lənkəran rayonunun Parakənd kəndinin sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib. Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI