Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötdü

04 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə son bir gündə 76 nəfər pandemiyanın qurbanı olub.

Press.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 501 nəfərə yüksəlib.

Nazir deyib ki, koronavirusa yoluxanların sayı son 24 saat ərzində 3 013 nəfər artaraq 23 934 nəfərə çatıb. 

Eyni zamanda 1 311 pasiyentin vəziyyəti ağır olsa da, 786 xəstə sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI