Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Musiqili Teatr "Evdə qal!" çərçivəsində beynəlxalq layihəyə imza atdı - VİDEO

04 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Musiqili Teatr "Evdə qal!" çərçivəsində beynəlxalq layihəyə imza atdı.

Press.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Evdə qal!" kompaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə yeni layihəyə imza atıb.

Belə ki, teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya gələrək​ maraqlı bir musiqi nömrəsi təqdim ediblər.​

Qeyd edək ki, virtual konsertdə Firuzə ilə yanaşı, türkiyəli bəstəkar, pianoçu Sərhat Gündüz, bas gitaraçı Haşım Yılmaz, həmçinin ispaniyalı peşəkar zərb aləti ifaçısı Matias Menaraguez da iştirak edib və onlar​ "Love" (S.Gündüz) əsərini səsləndiriblər.

Məkanları fərqli, məramları eyni olan​ ​ Azərbaycan, Türkiyə və İspaniya musiqiçiləri bu addımları ilə mədəniyyətlərin sərhədsizliyini bir daha nümayiş etdirərək dünyanın bu çətin pandemiya ilə üz-üzə qaldıgı bir vaxtda həmrəy olduqlarını, hər kəsə "evdə​ qalsaq da, ideya və arzularımızdan qalmırıq!" ismarışını verməyə çalışıblar.

Oxşar xəbərlər
OTACI