Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir müavini: “İcazə ilə bağlı SMS DİN-in sisteminə də daxil ediləcək”

04 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Xüsusi icazə sistemi “ASAN xidmət” tərəfindən icra olunacaq. Bu xidmətə qəbul olunan SMS-lərin cavablandırılması bilavasitə Elektron Hökumət Portalı vasitəsi ilə həyata keçiriləcək".

Press.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, bu sistem Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqəli şəkildə olacaq:

“Yəni vətəndaş SMS göndərdikdən sonra müəyyən bir müddət gözləməlidir. Çünki, bir saatdan gec olmayaraq cavab veriləcək. Cavab göndərildikdən sonra artıq həmin məlumatlar DİN-in sisteminə də daxil ediləcək. Vətəndaşlar göndərdiyi SMS-dən yalnız müsbət cavab aldıqdan sonra evdən çıxa bilərlər.

Banka, poçta, mağazaya getmək üçün 2 saat nəzərdə tutulub. Güman edirik ki, bu vaxt vətəndaşlara bəs edəcək. Əgər küçədə polis əməkdaşları yaxınlaşıb, onu yoxlamaq istəsə, buna riayət etmək lazımdır. Polislərin əlində xüsusi qurğularda bilavasitə icazə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi göstəriləcək. Vətəndaş da öz şəxsiyyət vəsiqəsini polisə təqdim etməklə bu icazəyə malik olduğunu bildirəcək. Daha sonra asan şəkildə yoluna davam edəcək”.

Oxşar xəbərlər
OTACI