Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyəli məşhur aparıcıda koronavirus aşkarlandı

04 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyəli aparıcı, müğənni Esra Balamir koronavirusa yoluxub.

Press.az “Akşam”a istinadən xəbər verir ki, bunu jurnalist Bilal Özcan deyib.

Məlumata görə, Esra Balamir daha öncə dostunda koronavirus aşkarlandığını və bu səbəbdən onun da testdən keçdiyini bildirmişdi.

Qeyd edək ki, aprelin 3-nə olan bilgiyə görə, Türkiyədə ümumilikdə 20 mindən çox insanda koronavirusa yoluxma faktı qeydə alınıb. Ölkədə virus qurbanlarının sayı 425 nəfərdir. 500-ə yaxın xəstə isə sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 133 000-i ötüb. Bunların 236 000 nəfəri sağalıb, 60 381 nəfəri isə ölüb.

Oxşar xəbərlər
OTACI