Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda qaçırılan “Chrysler” Sumqayıtda saxlanılıb

04 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda qaçırılan “Chrysler” Sumqayıtda saxlanılıb

Press.Az xəbər verir ki, aprelin 2-i saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Ş.Əliyevin idarə etdiyi “Chrysler” markalı avtomobilin qaçırılması barədə 21-ci polis bölməsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Sumqayıt ŞPİ 1-ci polis bölməsi və Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI