Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub

04 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən və Azərbaycan Respublikasının Nazirlər Ka-bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayının 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respublikası vətəndaşlarının qəbulu, ölkə ərazisinə bura-xılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilmişdir.

Bu barədə Press.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Böl-mələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilmişdir. Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoru-yucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbay-canda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayonların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəz-lərdə müəyyən olunmuş müddətlərdə karantin rejiminə yerləşdirilirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 4 aprel tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olmuş və Rusiya Federasiyasından gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbirlərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlamışdır.

Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qo-runması üçün görülmüş işlər nəzərdən keçirilmiş, zəruri tapşırıq və göstərişlər verilmişdir. Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin

daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilmişdir.

Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla gö-rüş keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat verilmiş, xahiş və müraciətləri dinlənilmişdir.

Söhbət zamanı vətəndaşlar Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət sərhədlərindən gediş-gəlişin tam məhdudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmə-ləri üçün yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezi-denti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz dərin min-nətdarlıqlarını bildirmiş, bu halı dövlətin öz vətəndaşına göstərə bil-diyi diqqət və qayğının ali nümunəsi olmasını qeyd etmişlər.

Oxşar xəbərlər
OTACI