Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uhanda koronavirusun ikinci dalğası başlaya bilər

04 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çinin Uhan şəhərində giriş-çıxış qadağasının ləğvi təxirə salınıb.

Press.az “Ahaber”ə istinadən xəbər verir ki, buna səbəb şəhərdə koronavirusdan 4 yeni ölüm faktının qeydə alınmasıdır.

Hazırda şəhərdə 1 727 nəfər müalicə alır.

Qeyd edək ki, son bir ayda Çin hökuməti ölkədə, xüsusilə də virusun ocağı olan Uhanda koronavirusun yayılmasının səngidiyini, ölümlərin isə azaldığını elan edir. Ancaq müxtəlif mənbələrin məlumatına görə, Çin gerçək ölüm sayını gizli saxlayır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 117 000-i ötüb. Bunların 228 990 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Oxşar xəbərlər
OTACI