Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

​Online olaraq “İdeya var!" müsabiqəsinə qoşula bilərsiniz

03 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gənclər və idman Nazirliyi tərəfindən 1 aprel- 1 iyun tarixləri arasında “İdeya var!" gənclərin lll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin online seçim mərhələsi keçiriləcək.

Press.az
xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialı nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.

Müsabiqədə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak edə bilər. Müsabiqə 4 nominasiya üzrə aparılır:

«Texniki innovasiyalar»;

«Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar;

«İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı
sistemlər, nəqliyyat sistemləri»;

«Sosial sahə və təhsil».

Müsabiqədə iştirak edəcək gənclər öz layihələrini online olaraq [email protected] emailinə göndərə bilərlər. Əlavə məlumat üçün 0518118047 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Məluamt üçün bildirək ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət
Proqramının 5.10.1 (Gənclərin intellektual inkişafa və elmi fəaliyyətəhəvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi) bəndinin icrasını təmin etmək məqsədi ilə keçirilir.

Oxşar xəbərlər
OTACI