Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nəsimi polisi narkotik satışına görə 4 nəfəri saxlayıb

03 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nəsimi polisi narkotik satışına görə 4 nəfəri saxlayıb

Press.Az xəbər verir ki, Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 21 qrama yaxın, yaşadığı evdən isə 5 kq-dan artıq heroin aşkar edilib. 

Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarınınkeçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri E.Rəsulov, R.Orucəliyev və C.Həsənov saxlanılıblar. Onların kirayədə yaşadıqları evdən 15 qrama yaxın heroin, 960 qrama yaxın tiryək, 33 qramdan artıq marixuana və metamfetamin götürülüb.

Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 234-cü maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI