Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ronaldo ilk milyarder futbolçu olacaq

03 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu il karyerası ərzində 1 milyard dollar qazanan dünyanın dördüncü idmançısı, ilk futbolçusu olacaq.

Press.az xəbər verir ki, bu barədə "Business İnsider"  məlumat yayıb. Bildirilib ki, bu, təkcə klubdan alınan maaşla bağlı deyil. Eyni zamanda buna reklam müqavilələri də daxildir.

Qeyd olunub ki,  35 yaşlı oyunçunun koronavirus pandemiyası səbəbindən Turin klubundakı 4 aylıq maaşından  imtina etməsi belə onun 1 milyard dollar qazanmasına mane olmayacaq.

Xatırladaq ki, bundan əvvəl qolfçu Tayqer Vuds, boksçu Floyd Meyvezer və basketbolçu Maykl Cordan karyeraları ərzində bu məbləği qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI