Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Astarada karantin qaydalarını pozan şəxs həbs edildi - FOTO

03 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Astarada karantin qaydalarını pozan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Astara Rayon Polis əməkdaşları tərəfindən tədbirlər davam etdirir.

Bu tədbirlər çərçivəsində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Astara və Lənkəran rayonunun birləşdiyi ərazidə, Çayoba kəndi ərazisində qurulmuş postdan qanunsuz olaraq digər rayonun ərazisinə keçən şəxs saxlanılıb. Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini Əmrayev Kənan karantin qaydalarını polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla pozaraq Lənkəran rayonunun ərazisinə daxil olub. Həmin şəxs daha sonra Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib.

Ümumilikdə bu günədək Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 22 nəfər şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

Oxşar xəbərlər
OTACI