Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı

02 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə son bir gündə 2 456 koronavirusa yoluxma faktı qeydə alınıb.

Press.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135 nəfərə çatıb, ölənlərin sayı isə 79 nəfər artaraq 356 nəfərə yüksəlib.

Nazirin sözlərinə görə, dünyasını dəyişən xəstələrin 82%-i yaşı 60 və daha çox olan insanlardır. 

Bundan başqa, son sutkada daha 82 xəstə sağalıb. Beləliklə, ümumilikdə sağalanların sayı 415-ə çatıb. 

Bildirilib ki, bu gün 18 757 nəfər testdən keçib. Ümumilikdə testdən keçənlərin sayı isə 125 556 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI