Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Abşeron və Sumqayıtda polis postları quruldu

01 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Xəbərdarlıqlara baxmayaraq, zərurət olmadığı hallarda vətəndaşların evdən çıxaraq, istər avtomobillə, istərsə də piyada və avtobusla hərəkətində intensivlik azalmır".

Press.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətıə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Abşeron rayonunun Xırdalan şəhərində və digər qəsəbələrində, həmçinin Sumqayıt şəhərində polis postları qurulub.

"Postlarda vətəndaşların sənədləri yoxlanılaraq, zərurət olmadığı təqdirdə hərəkət etmələrinə nəzarət olunacaq və qarşısı alınacaq. Bir daha vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməyə çağırır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün evdə qalmağa çağırırıq" - deyə, K.Əliyev bildirib. 

Oxşar xəbərlər
OTACI