Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda koronavirusdan ölənlərin sayı 3 036-ya çatdı

01 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda daha 138 nəfər koronavirusun qurbanı olub.

Press.az IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 3 036 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 2 987 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 47 593 nəfərə çatıb.

K.Cahanpur həmçinin 15 473 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 871 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.

Oxşar xəbərlər
OTACI