logo
First slide

Almaniyanın azərbaycanlı tibb elmləri doktorundan tövsiyələr - VİDEO

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Virusun sürətlə yayıldığı ölkələrdən biri Almaniyadır. Dünya üzrə tibb sahəsinin ən yüksək inkişaf etdiyi ölkələrədn biri olan Almaniya virusa yoluxma sayına görə hazırda dünya üzrə 5 ci yerdədi. Bir çox şəhərlərdə karantin elan edilib,xəstəxanalar virusa yoluxanlarla doludur. Köln Univeristeti klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Almaniyada o cümlədən digər avropa ölkələrində vəziyyətin çox ciddi hal aldığını deyir. Klinikanın şöbə müdiri xalqımıza müraciət edib.

Virusun sürətlə yayıldığı ölkələrdən biri olan Almaniya vətəndaşlar qarşısında qoyduğu sərt qərarlarla yoluxma sayını maksimum azlatmaqdadır.Bu ölkədə qaydalara pozanları hətta həbs cəzası verilir..

Almaniyanın Köln şəhərində həkim işləyən həmyerlimiz Nuran Abdullayev deyir ki, martın əvvəlindən onun işlədiyi xəstəxanayagün ərzində ortalama 500- dən çox koronavirusla bağlı müarciət edilirdi.Alman hökümətinin həyata keçirdiyi sərt nəzarət tədbirlərindən sonra isə artıq bu rəqəm 2 dəfə azalıb.

Nuran Abdullayev deyir ki,nəinki almaniya virusun yayıldığı bütün ölkələr nəzarət tədbirlərini gücləndirir.Alman xalqı isə qaydalara əməl etməklə virusa yoluxma sayını maksimum azaltmağa çalışır.Tibb elmləri doktoru xalqımıza müraciət edərək insanları qaydalara əməl etməyə çağırıb.

Nuran Abdullayev onu da bildirdi ki,martın əvvəllərində virusa yoluxma ehtimalı ilə müraciət edən hər kəsdən labaratoriya analizləri götürülürdüsə ,indi ancaq həkim rəyi ilə bu analizlər götürülür.

 

 

Oxşar xəbərlər