Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həmsədrlər Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”lə bağlı bəyanat yayıblar

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı bəyanat yayıblar.

Press.az-ın məlumatına görə, həmsədrlərin yaydığı bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində həmsədrlərin 9 mart tarixli bəyanatında qeyd olunmuş prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həll olunmasında Dağlıq Qarabağ əhalisinin rolunu tanıyırlar.

Həmsədrlər onu da qeyd edirlər ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır.

Həmsədrlər müvafiq olaraq, bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmir və nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər.

Oxşar xəbərlər
OTACI