Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Binədə küçələr su ilə dezinfeksiya edilir? - AÇIQLAMA - VİDEO

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkədə dezinfeksiya işləri aparan şəxslərdən birinin əks olunduğu video yayılıb.

Videonun paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində çəkildiyi iddia olunur. 

Görüntülərdə şəxsin dezinfeksiya məhlulu üçün nəzərdə tutulan xüsusi qaba su doldurduğu görünür. Çəkiliş yarıda kəsildiyi üçün sonra nə baş verdiyi məlum deyil.

Vətəndaş isə iddia edir ki, küçələrə dərman əvəzinə su səpirlər. Koronavirusun yayılmasına qarşı mübarizə aparılan günlərdə bu kimi məqamlar insanları narahat edir.

Məlumdur ki, dezinfeksiyaedici məhlulun hazırlanması üçün suya müəyyən miqdarda formalin və ya xlor qatılır. İnsanları düşündürən isə videogörüntülərdəki şəxsin sonrakı mərhələdə suya göstərişə uyğun şəkildə dezinfeksiyaedici maddələri qatıb-qatmamasıdır. 

Məsələyə münasibət bildirən Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri Gülbala Qurbanov açıqlamasında belə əsassız məlumat yayan şəxsləri tənqid edib:

“Sözügedən videogörüntülərdən xəbərimiz var. Video Əli İsazadə küçəsinin yaxınlığındakı bulaqlardan birində lentə alınıb. Başa düşə bilmirəm ki, bu cür çətin vəziyyətdə bəzi insanlar niyə yalan informasiyalar yayırlar.

Bəzi düşüncəsiz insanların əməllərinə görə, əhali əsassız yerə gərginlik keçirir. Dezinfeksiyaedici məhlulun hazırlanması üçün su lazımdır. Əməkdaş isə xüsusi 16 litrlik su qablarına (“boçok”) əvvəlcə su doldurub. Sonra suya təlimatlara uyğun olaraq, toz halında olan 250 qr xlorlu əhəng qatıb.

O videonu çəkən şəxs çəkilişi sona qədər davam etdirsəydi, hər kəs bunu görə bilərdi. İnsanları bu qədər incitmək olmaz. Hər dəfə məhlul bitdikdən sonra əməkdaşlar bu şəkildə məhlul hazırlayıb, sonra ərazilərdə dezinfeksiya işlərinə davam edirlər. Ərazi üzrə dezinfeksiya işlərinə aidiyyəti qurumların baş məsləhətçiləri, şöbə müdirləri nəzarət edirlər. İrəli sürülən iddia, sadəcə olaraq, görülən bu qədər işlərə kölgə salmaq məqsədi daşıyır”.

Həmin görüntüləri təqdim edirik:

Oxu.az

Oxşar xəbərlər
OTACI