Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Kökəlməmək üçün tədbir görürəm" - "Qəbələ"nin futbolçusu

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kanadada yaxşı mövsüm keçirməyim sayəsində Azərbaycandan mənə zəng gəldi. İqnasio Errera və Nikolas Kanalesin meneceri məni bu ölkəyə gətirdi. Bu, mənim üçün əhəmiyyətli addımdır. Yerli klublar avrokuboklarda mübarizə aparır. Qalib  Çempionlar Liqasında, daha üç komanda isə Avropa Liqasında iştirak etmək hüququ qazanır”.

Press.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin çilili futbolçusu  Rodriqo Qattas ölkəsinin mətbuatına açıqlamasında deyib.

28 yaşlı hücumçu Çili birinci divizionunda o qədər çox oynamaq imkanının olmadığını söyləyib: “İrəliləməyə davam etmək istəyirəm və Çilidə bu, alınmaya bilərdi. Buna görə də xaricdə oynamağı seçdim. Bu, mənim üçün yaxşı alındı. 8 ay Kanadada oynadım, orada ingilis dilini öyrəndim. "Qəbələ"də isə bir neçə futbolçu ingilicsə danışa bilir və buna görə bir az çətindir".

Qattas  Azərbaycanda koronavirusla bağlı vəziyyət və görülən tədbirlərdən də danışıb: “Bir ay yarım əvvəl buraya gəldim. Baş verənlərə görə iki həftədir ki, futbol oynamırıq. Burada virusa yoluxanlar çox deyil, sadəcə tədbirlər görülür. Kökəlməmək üçün tədbir görürəm. Çünki insan evdə çox qalanda kilo alır".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI