Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli çempionatlar üçün 3 variant

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan çempionatların bərpası yollarını axtarır.

Press.az İspaniyanın “As” nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumu bərpa tarixi kimi üç mümkün variant üzərində dayanıb.

Ölkə çempionatları may, iyun və ya sentyabrda davam etdirilə bilər. Koronavirusun Avropada hələ də yayılmaqda olması üzündən may variantı ən az inandırıcı görünəndir.

Mövsümün sentyabrda davam etdirilməsi isə növbəti futbol ilinin yenidən qurulması deməkdir. Bu variant daxil yarışlarda iştirakçıların və oyunların sayının azalması, avrokubok formatının dəyişməsi ilə nəticələnəcək. UEFA-nın daha çox istədiyi isə iyunla bağlı variantın baş tutmasıdır. Qurum hətta oyunların boş tribunlar önündə də olsa iyunda bərpa olunmasını istəyir.

Qeyd edək ki, sabah UEFA yeni təqvimin müzakirəsi ilə bağlı milli assosiasiyalarla videokonfrans keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI