Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azərbaycanda yalnız inkişaf etmək barədə düşünürəm" - "Zirə"nin legioneri

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Koronavirulsa bağlı Azərbaycanda kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. Bütün gün evdəyəm və vəziyyətin düzəlməsini gözləyirəm. Evdə təlim planımız var. 15 gündür məşqləri dayandırmışıq".

Press.az xəbər verir ki, bu sözləri "Zirə"nin perulu futbolçusu Alvaro Ampuero ölkəsinin mətbuatına müsahibəsində deyib.

O, Peru və Azərbaycan futbolunu müqayisə edib: "Azərbaycan çempionatının səviyyəsi yaxşıdır. İlk vaxtlarda burada səviyyənin necə olacağını bilmirdim, amma yaxşı mənada təəccübləndim. Mən elə gəlir ki, burda oyun bir daha gərgin olur və Peruda bir az daha texnika var. Ancaq hər cəhətdən yaxşı səviyyədə çempionatdır".

26 yaşlı müdafiəçi Peru klublarından təklif alıb-almadığı ilə bağlı sualı belə cavablandırıb: “Dekabrda Perudan bir təklif almışdım. Amma Zirə” ilə müqaviləm mövsümün sonuna qədərdir və komandada rahatam. Növbəti mövsüm necə olacağını bilmirəm. Koronavirusla əlaqədar vəziyyət qarışıqdır. Ümid edək ki, bütün dünyada koronavirus problemi həll olunacaq".

Ampuero "Zirə"də müntəzəm oynadığını söyləyib:  "Burada yaxşı müntəzəmliyim var. "Muni"də zədə səbəbindən çox oynaya bilməmişdim. Amma "Zirə"də startdan oynadım və davamlılıq əldə etdim".

Bakı klubunun legioneri bildirib ki, Azərbaycanda yalnız inkişaf etmək barədə düşünür: "Xaricdə yenidən oynamaq üçün yaxşı bir mərhələdə olduğunu hiss edirəm.  Azərbaycan çempionatı çox tanınmasa da, pillə-pillə irəli getmək fikrindəyəm”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI