Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yuventus" Ronaldonu sata bilər

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yuventus" koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə itkiləri səbəbindən futbolçusu Kriştiano Ronaldonu satmağa məcbur ola bilər.

Press.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mövsüm bərpa olunduqda "Yuventus"un iqtisadi problemlərə görə portuqaliyalı hücumçuya əvvəlki maaşı vermək ehtimalının az olduğu vurğulanıb. 35 yaşlı oyunçu Turin klubunda ilinə 31 milyon avro qazanır.

Bildirilib ki, bu problemi həll etməyin yolu Kriştianonu başqa kluba satmaqdır. Bu halda "Yuventus"un oyunçu üçün azı 70 milyon avroluq təklifləri nəzərdən keçirəcəyi iddia olunub.

Qeyd edək ki, Ronaldonun Turin təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI