Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda qaydaları pozan 313 nəfər cəzalandı

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da 31 cinayətin üstü açılıb. 

Onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Narkotiklərin qanunsuz dövriyyəsinə görə 3, baş verən oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 12 nəfər saxlanılıb. 

İtkin düşmüş kim axtarışı elan olunan 8 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 313 nəfərə, o cümlədən 20 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

Oxşar xəbərlər
OTACI