Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hindistanda karantin rejimini pozanlara qarşı gözyaşardıcı qazdan istifadə edilib

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistanda polislər ümumi karantin rejimini pozan miqrant işçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Press.az-ın məlumatına görə, ölkədə tətbiq edilən karantin rejimi böyük şəhərlərə iş üçün gələn yüz minlərlə insanın işsiz qalmasına səbəb olub. Hazırda onlar yaşadıqları yerlərə qayıtmağa çalışırlar. Lakin Hindistanda karantin rejimi səbəbilə nəqliyyatın hərəkəti dayandırılıb, polislər isə yaşayış məntəqlərində insanları küçələrdən qovurlar.

Martın 30-u Surat şəhərində karantin rejimi səbəbilə işsiz qalan 500-ə yaxın işçi və polislər arasında toqquşmalar baş verib. Belə ki, işçilər öz evlərinə geri dönmək üçün icazə istəyiblər, lakin polis əməkdaşları bunun mümkün olmadığını bildiriblər. Bundan sonra işçilər polis əməkdaşlarına daş atmağa başlayıblar. Polislər buna cavab olaraq etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib və insident zamanı 93 nəfəri saxlayıblar.

Xatırladaq ki, Hindistanda hazırda 1071 nəfərin koronavirusa yoluxduğu, 29 nəfərin isə bu virusdan öldüyü məlumdur.

Oxşar xəbərlər
OTACI