logo
First slide

Operativ Qərargah vətəndaşları elektron ticarətdən istifadəyə çağırıb

30 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazirlər Kabineti yanında Operativ Qərargah karantin dövründə hər bir şəxsi və təşkilatı elektron ticarətdən istifadəyə üstünlük verməyə çağırıb.

Press.az xəbər verir ki, bu barədə Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

"COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir", - deyə məlumatda vurğulanıb.

 

Oxşar xəbərlər