Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Daha çox bağışlayacağam, daha az kədərlənəcəyəm" - Terim

30 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu, dünyanın keçdiyi bir imtahandır ... Bəzilərimiz viruslarla, bəzilərimiz səbirlə, bəzilərimiz ağıl və inancla sınanırıq. Allah hamının imtahanını ürəyinə görə versin ... Mən bu imtahandan çox şey öyrənərək çıxacağam. Daha çox qiymət biləcəyəm və karantin müddətindən sonra ailəm və yaxınlarımla daha çox vaxt ayıracağam".

Press.az xəbər verir ki, bu sözləri koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim özünün "İnstaqram" səhifəsində yazıb.

Bu gün evə buraxılan və evdə 14 günlük karantində olacaq türk mütəxəssis daha sonra vurğulayıb: "Yaratdığım, töhfə verdiyim hər şeyin mənə daha çox rahatlıq verməsini təmin edəcəyəm.  Daha çox bağışlayacağam, daha az kədərlənməyə çalışacağam. Xəstəxana mərhələsini başa vurub evimdəki mərhələyə keçirəm.

Bu müddətdə xəstəxananın həkimlərinə, dəstəyini və duasını əsirgəməyən böyüklərimə, dostlarıma, övladlarıma, bütün azarkeşlərə, səbir və ümidlə yanımda olan ailəmə təşəkkür edirəm. Nə olar, imkanınız olduğu qədər evdə qalın və özünüzü qoruyub tədbirlərinizi görün. Dünən olduğu kimi bu gündən sonra da etdiyim hər duamda bu virusla mübarizə aparan bütün insanlar və həyatlarını həyatımıza həsr edən bütün tibb işçiləri olacaq. Əlim ürəyimdə hər kəsə təşəkkür edirəm".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI