Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynada qadın yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO

30 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynanın Çernovits əyalətinin Kolenkovtsı kəndinin sakini koronavirusu yaydığı üçün həmkəndlilərindən üzr istəyib.

Bu barədə “Obozrevatel” məlumat yayıb.

Qadın çörəkpulu qazanmaq üçün getdiyi İtaliyadan yeni qayıtmasına baxmayaraq, özünütəcrid tələblərinə riayət etməyib. Nəticədə, onda infeksiya aşkarlanıb. Vətənində olduğu müddətdə o, aralarında öz uşaqları, nəvələri və bir neçə tanışı olmaqla, 14 nəfəri yoluxdurub.

Qadın onun bu hərəkətinin intiqamını qohumlarından almamağa çağırıb.

“Onları öldürməyin, istəyirsinizsə, məni öldürün, kəsin, doğrayın!”, - deyə qadın göz yaşları içində deyib.

Son məlumatlara görə, Ukraynada 475 nəfər virusa yoluxub, 10 nəfər ölüb. Bundan başqa, altı nəfər sağalıb. Martın 25-də ölkədə fövqəladə vəziyyət elan olunub.

Oxşar xəbərlər
OTACI