Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Səhiyyə Nazirliyinin rəsmisi: “Koronavirusa yoluxmayanların tibb müəssisələrinə müraciət etməsi nəzərə alınıb”

29 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanda koronavirus xəstəliyi olmayan xəstələrin də tibb müəssisələrinə müraciət edə bilməsi diqqətdə saxlanılmalıdır. Buna da ciddi yanaşılır”.

Press.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Siyasəti və Islahatlar Şöbəsinin müdir müavini Nabil Seyidov ATV-nin canlı efirində çıxışı zamanı deyib.

O bildirib ki, ölkə üzrə koronavirus xəstəliyi olmayan insanların tibb müəssisələrinə müraciət edə bilməsi də nəzərə alınıb:

“Ölkədə koronavirusla mübarizəyə çox ciddi yanaşılır. Bu səbəblə Azərbaycanda karantində olan insanların sayı artır. Belə davam edərsə, ölkədə koronavirusa yoluxanların sayında çox az artım müşahidə ediləcək. İnsanlar karantin rejiminə həssaslıqla riayət etməlidir ki, ölkədə tibb müəssisələri, səhiyyə sistemi çox ağır vəziyyətə düşməsin.

Çünki ölkə üzrə bütün tibb müəssisələri, bütün xəstəxanalar koronavirusla mübarizə çərçivəsində səfərbər oluqda digər xəstələr, tibbi xidmətə ehtiyacı olan insanlar hara müraciət edəcəkləri barəsində çətinlik çəkə bilər.

Koronavirus xəstəliyi olmayan digər insanlar da tibbi xidmətlərdən yararlana bilməlidirlər. Bu səbəbdən digər tibbi problemləri olan xəstələrin tibb müəssisələrinə, həkimlərə, orta tibb işçilərinə üz tuta bilməsi də diqqətdə saxlanılmalıdır”.

Oxşar xəbərlər
OTACI