Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mağazalarda təhlükəsiz hərəkət etməyin yolları - HƏKİM AÇIQLADI

29 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın “Milli Tibb Palatası” Tibbi İcma Birliyinin prezidenti, həkim Leonid Roşal mağazalara və digər ictimai yerlərə gediş-gəlişin təhlükəsiz olması üçün tövsiyələr verib.

“RİA Novosti”yə danışan həkim arabalara əl vurmamışdan əvvəl əlcək geyinmək lazım olduğunu söyləyib.

Onun sözlərinə görə, respirator xəstəlik əlamətləri olan insanlardan, toplu adam olan yerlərdən qaçınmaq, həmçinin mümkünsə, insanlarla 1,5-2 metrə qədər məsafə saxlamaq lazımdır.

İctimai tualetlərdə suya buraxmaq və ya qapını açmaq üçün salfetlər və ya tualet kağızlarından istifadə edilməli olduğunu söyləyən həkim xüsusi antiseptiklərl əlləri yumağın və telefonları təmizləməyin vacib olduğunu da əlavə edib.

Bununla yanaşı, L.Roşal hazırda koronavirus təhlükəsindən tamamilə qurtulmağın mümkünsüz olduğunu qeyd edib.

Oxşar xəbərlər
OTACI