Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb

28 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda ötən sutka ərzində daha 3 076 nəfər yeni koronavirusa (COVID 19) yoluxub.

Press.az xəbər verir ki, bu barәdә İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Nazirliyin mәtbuat xidmәtinin müdiri K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 35 408 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bu virus nəticəsində ötən sutka 139, ümumilikdə isə indiyədək 2 517 nəfərin öldüyünü təsdiqləyib. 3 206 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Cahanpur əlavə edib ki, indiyədək virusdan sağalanların sayı 11 679 nəfər olub.

Oxşar xəbərlər
OTACI