Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alındı - FOTO

28 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Press.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin (CM) 177.2.2; 177.2.3-cü (oğurluq) maddələrinə əsasən təqsirli bilinərək həbs edilən Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 1,250 qram psixotrop maddə metamfetamin və 0,047 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

CM-in 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən Talıbov Elnur Qaçay oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI