Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Çempionatı dayandırın!” – Futbolçudan çağırış

28 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Belarusun “Rux” klubunun futbolçusu Joao Villiam ölkədə çempionatın davam etdirilməsindən narahatdır.

Press.az xəbər verir ki, Belarus Premyer Liqası Avropada fəaliyyətini davam etdirən yeganə çempionatdır.

Braziliyalı Villiam UOL nəşrinə müsahibəsində deyib: “Ümid edirəm ki, çempionat dayandırılacaq. Mən bir az qorxuram. Oyun zamanı narahatlıq keçirmirəm. Amma final fiti səslənən kimi sual yaranır: mən virusa yoluxmamışam ki? Mən müdafiəçiyəm. Rəqibimə toxunmaya bilmərəm. Bu, bütün oyun boyu baş verir. Mənim anam, atam və həyat yoldaşım zəng vurub xahiş edirlər ki, oteldən çıxmayım. Problem odur ki, burda hamı sakitdir, insanlar maskasız gəzirlər, özlərini adi günlərdəki kimi aparırlar. Mənim agentim deyir ki, gələn həftə çempionatın dayandırılması mümkündür. Ailəm və mən özüm narahatam. Çempionatın dayandırılması mənim və hamının səhhəti üçün yaxşıdır”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI