Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıxanovda avtomobildən oğurluq edən şəxslər tutulub

28 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıxanovda avtomobildən oğurluq edən şəxslər tutulub

Press.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisində Bakı şəhər sakini olan qadına məxsus “Opel” markalı  avtomobildən 2 ədəd mobil telefon, habelə içərisində 370 manat pul və qızıl əşyalar olan çantanı oğurlayan paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar  H.Güliyev və İ.Quliyev saxlanılıblar.

Araşdırma zamanı onların, əcnəbi vətəndaşa məxsus “KİA” markalı avtomobildən 180 manat pul oğurlamalı müəyyən edilib.

Sabunçu RPİ-də CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI