Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı - FOTO

28 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəkidə karantin rejimi ilə bağlı rayona giriş-çıxış məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər Şəki rayonunda da davam etdirilir.

Xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı rayona giriş-çıxış məhdudlaşdırılıb. Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən rayonun girişlərində xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücüləri, sərnişinlər, həmçinin piyadalar yoxlanılır.

Qeydiyyatda olduqları ünvan müəyyən olunduqdan sonra onlara rayona giriş-çıxışın mümkün olub-olmadığı bildirilir.

Həmçinin, rayon ərazisində, küçə və prospektlərdə dezinfeksiya işləri həyata keçirilir. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq, yaşı 65-dən yuxarı olan şəxslərlə maarifləndirici söhbətlər aparır və onların evdə qalmalarının həm özləri, həm də digər şəxslərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır.

Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

 

Oxşar xəbərlər
OTACI