Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İnternetin sürətində zəiflik nə ilə bağlıdır? - AÇIQLAMA - VİDEO

27 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronovirusla bağlı vətəndaşlar evdə qaldığından son günlər inernetə tələbat kəskin artıb. Bu isə bəzi hallarda internetin sürətində problemlər yaradır.

Məsələyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova münasibət bildirib.

Press.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Günel Gözəlova deyib ki, virusla əlaqədər olaraq mart ayının 20-dən etibarən Nazirlik xüsusi iş rejmində çalışır. Vətəndaşların telefon, internetlə fasiləsiz təmin olunması ilə bağlı müvafiq qurumlara ciddi tapşırıqlar verilib.

Nazirlik rəsmisi qeyd edib ki, telefon, internet xidməti ilə bağlı problem yaşayan vətəndaşlar aidiyyatı üzrə idarələrə müraciət etsinlər. Əgər şikayətlərinə baxılmırsa, Nazirliyə müraciət etsinlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər
OTACI