Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bu məlumatlar həqiqəti əks etdirmir, yalandır" - RƏSMİ AÇIQLAMA

27 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavininin adından yayılan sənəd saxtadır.

Bunu Press.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir:

“Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram”.

Qeyd edək ki, sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavininin adından yayılan sənəddə sabah saat 06:00-dan etibarən şəxsi avtomobillərin hərəkətinə və insanların küçəyə çıxmasına qadağa qoyulduğu yazılıb.

Oxşar xəbərlər
OTACI