Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xüsusi rejimli xəstəxanada olanlar əhaliyə çağırış etdilər - REPORTAJ - VİDEO

27 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

Press.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Əməkdaşlarımız bu gün xəstələrin müalicə aldıqları tibb müəssisəsində olublar.

Məlum olub ki, xəstələrin saxlandığı palata xüsusi nəzarətdədir və təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin edilib.

Burda müalicə alan xəstələrin əksəriyyəti heç vaxt virusa yoluxmayacaqlarını düşünüblər. Hazırda isə yaşam uğrunda mübarizə aparırlar.

Xəstələrin çoxu harda və necə yoluxduğunu bilmir. Həkimə isə yalnız nəfəs almaqda çətinlik çəkdikdən və bədən hərarətlərinin xeyli artmasından sonra müraciət ediblər.

İndi palatalarda qalan insanların ümidləri, yalnız gözlərini görə bildikləri tibb işçilərinədir. Onlar qaydalara əməl etməyən insanları öz sağlamlıqlarını düşünməyə çağırırlar.

Xəstələr üçün xüsusi müalicə rejimi tətbiq edilir. Tibb işçiləri də zəruri olan bütün qabaqlayıcı tədbirləri həyata keçirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər
OTACI