Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq

27 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin 30 martda keçiriləcək növbəti plenar iclası zamanı deputatların zalda lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb.

Press.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məsələ Milli Məclis sədri Sahibə Qafarovanın təşəbbüsü ilə gerçəkləşib.

Bununla yanaşı, Milli Məclis deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının müvafiq qaydada koronavirus ilə bağlı tibbi yoxlamadan keçirilməsi təmin edilib.

Parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası da təşkil olunub.

Oxşar xəbərlər
OTACI