Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN əməkdaşları cənub bölgəsində narkotik satan 4 nəfəri tutublar

27 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

DİN əməkdaşları cənub bölgəsində narkotik satan 4 nəfəri tutublar

Press.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub bölgəsində Regional şöbəsi əməkdaşlarının Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - B.Ağayev və S.Səfərov 1,5 kq. tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini şərti alıcıya satarkən saxlanılıblar.

Bundan sonra B.Ağayevə narkotik vasitəni satan K.Heydərov və E.Xankişiyev saxlanılıblar. 

K.Heydərovdan 2 kq. yaxın heroin, Astara rayonunun Təngərüd kəndindəki evindən 10 kq. həşiş, 2,4 kq-dan artıq heroin, 100 qramdan artıq metamfetamin və metadon aşkar edilib. 

Faktla bağlı CM-nin 234-cü maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI