Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Keçmiş icra başçısının karantin rejimi: İdman edir, saz çalır - FOTO

27 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naftalanın keçmiş icra başçısı, sabiq deputat Musa Musayev koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində “Evdə Qal” kampaniyasına qoşulub.

Press.Az xəbər verir ki, 60 yaşlı M.Musayev sosial şəbəkə hesabında maraqlı paylaşım edib:

“Axşamınız xeyir olsun, səmimi və hörmətli dostlar! Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyir ki, evdə qal, təbiəti seyr et! Gənclər və İdman Nazirliyi deyir ki, evdə qal, idmansız qalma! Mədəniyyət Nazirliyi də deyir ki, evdə qal, ancaq musiqisiz qalma! Bizim də borcumuz əməl etməkdir!

Ay duman gel, get bu dağlardan,

Durna gözlü bulaqlardan.

Eşitmişəm babalardan,

Pis günün ömrü az olur, az olur!”

 

Oxşar xəbərlər
OTACI