Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda su borusu partladı - VİDEO

27 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda su borusu partlayıb.

Hadisə paytaxtın Yasamal rayonu, Tbilisi prospektində baş verib.

Borunun partlaması nəticəsində ətrafa yayılan su nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında hadisə yerinə qəza xidmətinin əməkdaşlarının göndərildiyini bildirib:

“Bu, magistral su xətti deyil, kiçikhəcmli borudur. Həmin su xətti yaxınlıqda yerləşən “Qafqaz” hotelini su ilə təchiz edir. Hadisə ilə bağlı əməkdaşlarımız artıq əraziyə cəlb olunub. Yaranan problem aradan qaldırılıb”.   

Oxşar xəbərlər
OTACI