Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DOST könüllüləri tənha yaşlıların xidmətində

27 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçiləri tərəfindən yaşı 65-dən yuxarı olan tənha vətəndaşların evlərində sosial məişət xidmətlərinin göstərilməsində DOST könüllüləri də yaxından iştirak edir.

Nazirlikdən Press.az-a verilən məlumata görə, “Könüllü DOST” proqramının 30 könüllüsü sosial xidmətçilərlə birgə tənha yaşlılara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsində dəstək olurlar.

Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, tənha yaşlılara əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilməsi daxildir. Sosial xidmətçilər kimi, DOST könüllüləri də lazımi qoruyucu vasitələrlə təmin olunublar.

“Könüllü DOST” proqramı bununla ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması tədbirlərinə, yaşlı insanların infeksiyadan qorunması, ahıllarımıza hörmət və qayğı ilə yanaşılması istiqamətində aparılan işlərə öz dəstəklərini ifadə edirlər.

Oxşar xəbərlər
OTACI